Ülviyyə, Ləman və Esmira xanım. Biri təkər təmir edir, dəyişir, digəri satır, o biri isə hesab-kitab işlərini görür.
Bizim.Media xəbər verir ki, “Xəzər TV” bu 3 xanım haqqında süjet hazırlayıb.
Məlum olub ki, bu xanımlar 3 il öncə təkər təmiri və satışı ilə məşğul olmaq üçün mağaza açıblar.
İllər öncə həm də qaydasız döyüş növü üzrə idmanla da məşğul olan Ülviyyə xanım deyir ki, 9 bacı-qardaş olan başçısız ailənin ehtiyaclarını qarşılamaq üçün yeniyetmə yaşlarından işləməyə məcbur olub. Ona görə 16 yaşından başlayaraq ustaların yanında bu işin sirlərini öyrənməyə başlayıb.
Daha ətraflı videoda:
Bizim.Media