Kanada Ukraynadakı hərbi missiyasını dayandırdı

Kanada Ukraynadakı hərbi missiyasını dayandırdı

Hazırda oxunan: Kanada Ukraynadakı hərbi missiyasını dayandırdı

18159

Kanada hərbi personalı arasında koronavirusa yoluxma səbəbindən Ukraynadakı hərbi təlim missiyasını dayandırıb. 

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Kanadanın Birgə Əməliyyat Komandanlığının nümayəndəsi Aleksi Kroyzerin sözlərinə görə, qərar işçi qrup üzvlərini qorumaq və koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün verilib.

O, virusa yoluxmuş heyət üzvlərinin təcrid olunduğunu da əlavə edib.

Kanada missiyasında 200-ə yaxın hərbi qulluqçu iştirak edir, onlar Ukraynadakı 12 fərqli əraziyə təhkim olunub. Yoluxmuş əsgərlərin sayı açıqlanmır. Bildirilir ki, Ukraynanın qərbində yerləşən Yavorivdə döyüş hazırlığı mərkəzində kütləvi xəstəlik qeydə alınıb.

Kanada Silahlı Qüvvələri Təhsil Missiyası 2015-ci ildən fəaliyyət göstərir və Ukrayna hökumətinin istəyi ilə başladılıb.

Təlim missiyası Ukrayna, ABŞ, Kanada və İngiltərənin daxil olduğu çoxmillətli ortaq komitə çərçivəsində baş verir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO