"Fransa Afrikadakı müstəmləkələrini itirir, Ermənistanı necə qoruyacaq?" - Erməni politoloq

Hazırda oxunan: "Fransa Afrikadakı müstəmləkələrini itirir, Ermənistanı necə qoruyacaq?" - Erməni politoloq

181388

“Paşinyan Rusiya ilə düşmənçilik edir və bütün ölkəyə problem yaradır. Nikol KTMT-dən çıxmaq, lakin AİB-də qalmaq istəyir. Lavrovun son bəyanatı Nikol üçün böyük zərbə oldu, çünki o, (Paşinyan) KTMT-dən çıxacağımızı, lakin AİB-də qalacağımızı deyəndə, Lavrov bunun baş verə bilməyəcəyini söylədi. Belə olmaz, əziz oğlan (Paşinyan), sən bir əlini tutursan, digər əlinə isə tüpürürsən”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində siyasi şərhçi Tiqran Köçəryan deyib.

“Bəli, Rusiya pis müttəfiq ola bilər, öhdəliklərini yaxşı yerinə yetirmir. Amma niyə onlarla düşmən olmaq üçün növbəti addım atırıq? Ruslar pis müttəfiq olsa da dəhşətli düşməndir. Heç bir ölkə Rusiya ilə düşmənçilikdən xeyir götürməyib. Baxın, Gürcüstanda, Moldovada, Ukraynada nələr baş verir. Bu, böyük ölkələrin reaksiyasıdır.

Qərbə gəlincə, Qərbin məqsədi Rusiyanın Zəngəzurdan (Sünik) hərbi mövcudluğunu aradan qaldırmaqdır. Ancaq başa düşmək lazımdır ki, Azərbaycan Ermənistana hücum etsə, Türkiyə bu tərəfdən girsə, biz nə edəcəyik, bizi kim xilas edəcək, Fransamı? Türkiyə və Fransa NATO üzvü olan ölkələrdir. İki NATO ölkəsi bir-biri ilə müharibə edəcəkmi?
Fransa bu gün Afrikadakı müstəmləkələrini itirir, bizi necə qoruyacaq? Makron Fransada ingilis agenti sayılır. Makron siyasətə biznesdən gəlib, Rotşildlər üçün bankir işləyib. Makron erməniləri basdırmaqda və yenidən dəfn etməkdə çox ustadır, başqa heç nə edə bilməz. Lazım gələrsə, Şarl Aznavuru məzardan çıxarıb yenidən dəfn edəcək”, - deyə Köçəryan bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO