“Bakı Metropoliteni”nin sədrinin özünün 10 illik fəaliyyəti ilə bağlı tədbir təşkil etməsi iddialarına RƏSMİ CAVAB 

“Bakı Metropoliteni”nin sədrinin özünün 10 illik fəaliyyəti ilə bağlı tədbir təşkil etməsi iddialarına RƏSMİ CAVAB 

Hazırda oxunan: “Bakı Metropoliteni”nin sədrinin özünün 10 illik fəaliyyəti ilə bağlı tədbir təşkil etməsi iddialarına RƏSMİ CAVAB 

181330

Xəbər verdiyimiz kimi “Bakı Metropoliteni”nin Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlamasının 10 illiyi ilə bağlı qurum tərəfindən təntənəli tədbir keçirilib. Bu təntənə isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Bəzi yerli mətbuat orqanları və sosial şəbəkə istifadəçiləri tədbirin bu qədər təmtəraqlı keçirilməsini "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun vəzifəyə təyin olunmasının 10 illiyi ilə əlaqələndiriblər. Çünki Zaur Hüseynov məhz 27 fevral 2014-cü ildə “Bakı Metropoliteni” QSC-yə sədr təyin olunub.
 

MÖVZU İLƏ BAĞLI:

“Şəxsi həyatımdakı uğurlar baba olmağımla bağlıdır” – “Bakı Metropoliteni”nin SƏDRİ 


Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Bizim.Media-ya açıqlama verilib.
Sözügedən açıqlamanın əsas hissələrini təqdim edirik:

“2024-cü il fevral ayının 27-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasının 10 ili tamam olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il  tarixli 289 nömrəli Sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edilib.

Səmdar Cəmiyyətin yaranmasının 10-cu ildönümü belə tədbirlərə xas korporativ sosial məsuliyyət çərçivəsində işçilər və qonaqlar üçün müxtəlif bədii-musiqili proqramın keçirilməsi ilə başa çatdırılıb. 

Bu məqsədlə Bakı metropoliteninin müraciəti əsasında tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında müqavilənin imzalanmasına aidiyyəti dövlət xidməti tərəfindən müvafiq araşdırma aparılmaqla razılıq verilib. 

Musiqiçi Cəlal Abbasov ilə 8 min manat dəyərində bağlanmış müqavilə konsert proqramının bütün təşkilati məsələlərini, o cümlədən musiqi, elektron və digər müvafiq texnika ilə təchizat, canlı musiqi müşayiəti ilə zəngin ədəbi-bədii proqramı əhatə edib. Konsert proqramında Cəlal Abbasovun canlı ifası və çıxışı ilə yanaşı, bəstəkar, virtuoz pianoçu Nizami Əliyev də əsərlərini təqdim edib.

Konsert proqramının hədəfi keçirilən hesabat konfransından sonra 10 il ərzində Bakı metropoliteni veteranları və əməkdaşlarının, o cümlədən bu nəqliyyat növünün inkişafında, innovativ layihələrin həyata keçirilməsində rolu olmuş işçilərin birlikdə asudə vaxtının səmərəli təşkili olub.

Həyata keçirilən layihələrə çəkilmiş zəhmətə, fədakarlıq nümunəsinə minnətdarlığın ifadəsi kimi təşkil edilən tədbir mahiyyət etibarı ilə işçilərin stimullaşdırılması, həvəsləndirilməsi məqsədinə xidmət edib. 

Konsert proqramının fraqmentləri canlı olaraq metropolitenin rəsmi sosial media səhifələrində canlı videoyayımlarla, habelə saytında məqalə və fotolarla işıqlandırılıb”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO