“Rusiyanın miqrantlarla bağlı aldığı, "iyunun 15-ə dək hamısını qovacağıq", qərarı, təbii ki, ən çox ukraynılalara hesablanıb. 2 milyon işsiz Ukraynaya qayıdır və sosial gərginliyi artıran elementə çevrilə bilərlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Rusiya zaman-zaman öz siyasi, iqtisadi, hərbi-strateji maraqlarına görə qonşularının "yumşaq qarnından" istifadə edir, ən zəif nöqtələrindən vurur, gah pomidor-xiyarla, gah da turizmlə cəzalandırır:
MÖVZU İLƏ BAĞLI:
Yanvar ayında 197 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
“Belə silahlardan biri də miqrant məsələsidir:
Bu gün Rusiyada 7 milyon nəfərə yaxın qeyri-leqal miqrant var. Bunun da 25%-ə yaxını ukraynalılardır. Deməli, hardasa 1,8-2 milyon nəfər Ukrayna vətəndaşı indi Rusiyada qeyri-leqal yaşayır. Amma bu qərarın bizə də təsiri olacaq.
Müxtəlif hesablamalara görə bu gün Rusiyada 120-150 min arası qeyri-leqal yaşayan Azərbaycan vətəndaşı var.
Onları geri göndərsələr, bu ölkədə yeni işsizlik ordusu, yeni sosial gərginlik ocağı yaranacaq.
Biz normal ölkə həm də ona görə qurmalıyıq ki, Rusiyanın pomidor-xiyar, miqrant təhdidlərindən sığortalana bilək”, deyə ekspert əlavə edib.
Alçina Amilqızı, Bizim.Media