Rusiya bir həftə ərzində Azərbaycandan 2,7 milyon yumurta alıb

Rusiya bir həftə ərzində Azərbaycandan 2,7 milyon yumurta alıb

Hazırda oxunan: Rusiya bir həftə ərzində Azərbaycandan 2,7 milyon yumurta alıb

181109

Fevralın 26-dan martın 3-dək olan Azərbaycandan 2,7 milyon, Türkiyədən isə 633,6 min ədəd toyuq yumurtasının növbəti partiyaları Rusiyaya daxil olub. Beləliklə, ötən ilin sonundan ümumilikdə 28,5 milyon ədəd yumurta idxal edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Məlumata görə, martın 4-də Azərbaycan və Türkiyədən Rusiyaya 28,5 milyon ədəd süfrə yumurtası idxal edilib.
Azərbaycandan məhsullar üçün bazarın açılması barədə qərar ötən ilin noyabrında Rusiya hakimiyyəti tərəfindən verilib, tədarüklər dekabrın ikinci yarısında başlayıb. 

Türkiyədən gələn məhsullara isə tarif güzəştləri tətbiq edilir. Rusiya Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard toyuq yumurtasının Rusiyaya rüsumsuz idxalına icazə verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO