Almaniyanın Axen şəhərində naməlum şəxs xəstəxanada bir neçə nəfəri girov götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Məlumata görə, həmin şəxsin odlu silahı var.
Hazırda Luisin xəstəxanasının ərazisi yerli polislər tərəfindən mühasirəyə alınıb, ətrad ərazidəki yollarda hərəkət məhdudlaşdırılıb.
Xəstəxanada olan digər şəxslər təxliyə edilib, sözügedən şəxsin zərərsizləşdirilməsi istiqamətində əməliyyata başlanılıb.
Bizim.Media