“Səbail” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Səbail” “Qəbələ”ni məğlub etdi - VİDEO

Hazırda oxunan: “Səbail” “Qəbələ”ni məğlub etdi - VİDEO

180922

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib.

“Qırmızı-qaralar”da 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. Qonaqlarda 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea adını taploya yazdırıb.

Bundan əlavə, “Qəbələ”nin müdafiəçisi Lukas Afriko 41-ci dəqiqədə qırmızı vərəqə görərək meydandan qovulub.

Xallarının sayını 37-yə çatdıran “Səbail” hələlik ikinci pillədə qərarlaşıb. 15 xala malik bölgə klubu sonuncudur.

Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Daha əvvəl “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1), “Sabah” evdə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Zirə” - “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib - 1:1.
 


 
Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO