Kərimdən həmkarlarına: “Ağıllı olun, “çeyniyərəm”  sizi” – VİDEO 

Kərimdən həmkarlarına: “Ağıllı olun, “çeyniyərəm”  sizi” – VİDEO 

Hazırda oxunan: Kərimdən həmkarlarına: “Ağıllı olun, “çeyniyərəm”  sizi” – VİDEO 

180740

“Zamiq mənə zəng vurub nə lazım idisə mənim özümdən soruşa bilərdi. Oturub orada-burada qeybətimi etməyə bilərdi. Mən ona niyə zəng etməliyəm ki? Mən Zamiqin arxasıyca danışmamışam, birbaşa efirdə onun üzünə söyləmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq qolduğu “Həmin Zaur” verilişində deyib. 

Həmkarı Zamiq Hüseynovun onun qeybətini etdiyini söyləyən Kərim qarşı tərəfin timsalında bir çox şou-biznes nümayəndəsinə efir vasitəsi ilə sərt ismarıclar yollayıb: 

“Mənim yaxın dostum özüməm. Burada inanmaq söhbəti yoxdur. Özündən yaxın sənə dost heç kim ola bilməz. Mən özüm-özümə məsləhət verirəm. Deyirəm ki, “Kərim səndən yoxdur, səni verən Allaha qurban olum”. Paşasan və qızılsan. Yalnız bunları özümə söyləyirəm. Nə edirəmsə, düz edirəm. Bu biclik deyil, haqqımı tələb edirəm. 

Belə bir misal var: “Qabağa gedirsən, deyirlər ki, bicdir. Arxada qalırsan deyirlər ki, gicdir”. Mən giclərdən deyiləm. Siz ağıllı olun, çeyniyərəm sizi. Anam deyirdi ki, “ürəyində söz saxlama, kim gəldisə üzünə söylə getsin”. Bu zamana qədər kimin xətrinə dəymişəmsə, əcəb eləmişəm. Demək layiqsiniz ki, demişəm. İçimə atıb xəstəlik tapmaqdansa, qoy deyim özləri xəstəlik tapsın (gülür)”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO