Ermənilərin “nəfəs borusu” - Laçın dəhlizi – FOTOLAR 

Ermənilərin “nəfəs borusu” - Laçın dəhlizi – FOTOLAR 

Hazırda oxunan: Ermənilərin “nəfəs borusu” - Laçın dəhlizi – FOTOLAR 

1807

Laçın dəhlizi - 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir.

Laçın dəhlizi  Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən coğrafi ərazidir. Bu ərazi strateji baxımdan çox əhəmiyyətlidir.  Laçının şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında (Dəlidağ dağ, 3616 metr), qərbi Qarabağ vulkanik yaylasında yerləşir. Bu yüksəkliklərdən Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür.

Uzun illər fəaliyyət göstərən Laçın dəhlizi, Ermənistanın Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yoludur. Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistan bu dəhlizi “nəfəs borusu” adlandırırdı. Həm birinci Qarabağ müharibə dövründə, həm də indi Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təhcizatını bu yol vasitəsi ilə keçirir.

Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın dəhlizinin əhəmiyyətini daha da artırır.

Zəngəzur silsiləsinin bütün zirvə hissəsi başlanğıclarını Laçın dəhlizindən götürür. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri nadir növlü ağaclara malik  enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür.

Laçın “dəhlizi” həm də Azərbaycan üçün strateji (tarixi əhəmiyyəti) olan ərazidir. Laçın ərazisində hələ tədqiq edilməmiş 500 tarix və mədəniyyət abidəsi, o cümlədən I-II əsrlərə aid qaya təsvirləri, 1 mağara, 5 antik qala, Siklop tipli yaşayış yerləri, kurqanlar, at-qoç fiqurları, pirlər, inanc yerləri, türbələr, məscidlər, Qafqaz Albaniyası dövrü memarlıq abidələri və s. var.

Laçın dəhlizinin işğalı

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndini ələ keçirdikdən və mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri öz məkrli planlarını - Ermənistanla birbaşa əlaqələri üçün Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar.

Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Ermənistan bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi.
Mayın 16-17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxardılar. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər. Bütün bunlar isə artıq Laçının süqutu demək idi. On minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə hələ də erməni işğalçılarının tapdağı altındadır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO