Nobel Energy Cəbrayılda günəş elektrik stansiyası tikəcək

Nobel Energy Cəbrayılda günəş elektrik stansiyası tikəcək

Hazırda oxunan: Nobel Energy Cəbrayılda günəş elektrik stansiyası tikəcək

180664

Nobel Energy (NEQSOL Holdingin bir hissəsi) məmnunluqla bildirir ki, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının inkişaf etdirilməsinə dair Azərbaycanın Energetika Nazirliyi ilə anlaşma memorandumu (AnM) imzalayıb. 

Bizim.Media xəbər verir ki, bu layihə ölkənin milli prioritet məsələlərindən olan regionun Yaşıl Enerji zonasına çevrilməsi kursuna uyğundur.

100 MVt gücündə fotovoltaik günəş elektrik stansiyasının birgə inkişafı iki mərhələdə həyata keçiriləcək. 50 MVt-dan ibarət ilkin fazanın 2027-ci ilə qədər başa çatdırılması, qalan hissənin isə sonrakı illərdə quraşdırılması planlaşdırılır.
Stansiyanın məqsədi ildə təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə təxminən 58 000 evi elektrik enerjisi ilə təmin etməkdir. Layihənin tikinti mərhələsində 600 nəfər işçi qüvvəsi cəlb olunacaq, stansiya istifadəyə verildikdən sonra isə orada 80 daimi iş yeri təmin ediləcək.

Nobel Energy-nin baş icraçı direktoru Vüqar Səmədli deyib:

“Nobel Energy-nin regionda və onun hüdudlarından kənarda daha az karbonlu gələcəyə töhfə vermək hədəflərinə uyğun gələn regionun yaşıl transformasiya təşəbbüslərində iştirak etmək fürsətini əldə etdiyimiz üçün məmnunuq. Biz istər bu, istərsə də daha böyük miqyaslı günəş enerjisi layihələrini ən səmərəli və təhlükəsiz şəkildə ərsəyə gətirmək üçün bacarıqlı və sınanmış mühəndislər, dizaynerlər və texniki işçilərimizə güvənirik”.

Layihə çərçivəsində, ölkənin əsas elektrik enerjisi istehsalçısı və ötürücü sistem əməliyyatçısı olan Azərenerji ilə bir sıra fəaliyyətləri özündə əks etdirən xüsusi texniki protokol artıq razılaşdırılıb və imzalanıb.

Bundan əlavə, layihə üçün ayrılacaq torpaq sahəsi Cəbrayıl rayonunun müvafiq dövlət qurumları tərəfindən razılaşdırılıb.

Hazırda Azərbaycanın Energetika Nazirliyi və Azərenerji ilə birgə müvafiq investisiya sazişi, enerji alqı-satqısı müqaviləsi və şəbəkəyə qoşulma müqaviləsinin hazırlanması üzərində iş gedir.

Qeyd edək ki, NEQSOL Holdingin bir hissəsi olan Nobel Energy dayanıqlı və aşağı karbonlu gələcəyə doğru qlobal keçidə töhfə verməyə sadiq olan Kompleks Enerji İstehsalı, İnkişafı və Xidmətləri Şirkətidir.
Sınanmış təcrübəsindən, kompleks həllərdən, qabaqcıl texnologiyadan, strateji tərəfdaşlıqlardan istifadə etməklə və innovasiyaya güclü diqqət ayırmaqla, Nobel Energy bütün dünyada mürəkkəb və dayanıqlı infrastruktur layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO