Kürdəmirdə ZƏNCİRVARİ QƏZA olub, ölən var - FOTO

Kürdəmirdə ZƏNCİRVARİ QƏZA olub, ölən var - FOTO

Hazırda oxunan: Kürdəmirdə ZƏNCİRVARİ QƏZA olub, ölən var - FOTO

180562

Kürdəmirdə 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki,”SCANİA” markalı iri tutumlu yük maşınının sürücüsü Bakı sakini 38 yaşlı Asəf  Həsənov Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyadanı vurub.

Zərbənin təsirindən piyada elə hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə zamanı yük maşınında olan avadanlıqlar yola dağılıb və avtomobillərin hərəkətində çətinlik yaranıb. Bundan başqa hadisə zamanı arxadan gələn 3 ədəd yük maşını - KAMAZ ,DAF və MAN markalı avtomobillər bir-birlərinə çırpılıb.

Ölən şəxsin meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda fakt araşdırılır.







Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO