Poqba futboldan 4 illik KƏNARLAŞDIRILDI

Poqba futboldan 4 illik KƏNARLAŞDIRILDI

Hazırda oxunan: Poqba futboldan 4 illik KƏNARLAŞDIRILDI

180543

“Yuventus”un futbolçusu Pol Poqbanın cəzası bəlli olub. 

Bizim.Media xəbər verir ki, fransalı yarımmüdafiəçi 4 il müddətinə diskvalifikasiya olunub. 

Buna səbəb futbolçunun orqanizmində dopinqin aşkarlanmasıdır. 2023-cü ilin oktyabrında Poqba iki dəfə test verib. Müayinələr onun orqanizmindəki testosteronun həddən artıq yüksək olduğunu üzə çıxarıb.

Qeyd edək ki, Pol 2022-ci ilin yayında “Yuventus”a qayıdıb. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO