“Borjomi”də kütləvi ixtisarlar başladı

“Borjomi”də kütləvi ixtisarlar başladı

Hazırda oxunan: “Borjomi”də kütləvi ixtisarlar başladı

180542
Gürcüstanın "IDS Borjomi” şirkəti 49 əməkdaşını işdən azad edib.

Sfera.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Qeyd olunub ki, şirkət bu gün çətin vəziyyətlə üz-üzədir.

Şirkət hazırkı vəziyyəti anlayışla qəbul edən işçilərinə təşəkkür bildirib və növbəti ixtisarların olmayacağına ümidvarlıq ifadə edib.

"Biz ilk növbədə şirkəti xilas etmək və iş yerlərini mümkün qədər saxlamaq üçün əlimizdən gələni edirik”, - şirkətin məlumatında deyilir.

Ötən gün şirkət əməkdaşları aksiya keçirərək rəhbərliyin təklif etdiyi yeni müqavilənin şərtlərinə etiraz bildiriblər.

"IDS Borjomi” şirkətinin iki qablaşdırma zavodunda istehsal prosesi aprelin 30-dan müvəqqəti dayandırılıb. Şirkət səhmlərinin Rusiyaya məxsusluğu səbəbindən sanksiyalara məruz qalıb və ciddi maliyyə problemləri ilə üzləşib. (Report)
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO