Böyük Britaniya karantinə qayıdır

Böyük Britaniya karantinə qayıdır

Hazırda oxunan: Böyük Britaniya karantinə qayıdır

1805

Böyük Britaniyanın Baş naziri Boris Johnson cümə günündən etibarən İngiltərədə dörd həftəlik karantin rejimi elan edib.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, karantin rejimi 5 noyabr cümə günü saat 12:01-dən etibarən qüvvəyə minəcək.

Nazir həmçinin karantin rejimində tətbiq olunacaq yeni tədbirləri açıqlayıb.

Belə ki, insanlar yalnız səhiyyə, təhsil xidmətləri, işlə bağlı, açıq havada idman və istirahət, ərzaq  almaq üçün küçəyə çıxa bilərlər.

Restoranlar, barlar, ticarət obyektləri bağlanacaq, bağçalar və məktəblər isə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, dünən Böyük Britaniyada  koronavirus infeksiyası il bağlı götürülən testlərin 21 mindən çoxu müsbət çıxıb. Ölkə üzrə COVİD-19-a yoluxanların ümumi sayı isə bir milyonu keçib.

Yusibli Səkinə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO