Erməni jurnalist Makronun terror təşkilatı ilə əlaqələrindən danışdı - VİDEO

Erməni jurnalist Makronun terror təşkilatı ilə əlaqələrindən danışdı - VİDEO

Hazırda oxunan: Erməni jurnalist Makronun terror təşkilatı ilə əlaqələrindən danışdı - VİDEO

180391

Parisdə yaşayan erməni jurnalist Leo Nikolyan Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı ilə əlaqələrindən danışıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə Azərbaycan Televiziyasının (AzTV) “Siyasətin kvazirejimi” sənədli filmində danışıb.

Erməni jurnalist Makronun onu hədələdiyini, indi də ASALA erməni terrorçularının hədəfinə çevrildiyini vurğulayıb.
Leo Nikolyan küçədə gördüyü Makronu tənqid etdiyi üçün təqiblərə məruz qaldığını, 52 saatlıq həbsdən sonra Dubay və İstanbulda yaşayaraq bir müddət Fransanı tərk etdiyini bildirib.

Jurnalistin sözlərinə görə, Makron ona ASALA terrorçusu Ara Tumayan və onun qohumu, daşnak lideri Murad Papazyanın adlarını çəkib. Bundan sonra Leo Nikolyana qarşı təqiblər başlayıb.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO