Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün də davam edəcək.
Bizim.Media xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok qeyd edib ki, dünən və sabah kimi birbaşa dialoq gələcək irəliləyişə nail olmaq üçün ən yaxşı yoldur.
Yeri gəlmişkən, dünən Mirzoyan və Ceyhun Bayramov əvvəlcə ikitərəfli, daha sonra Berbokun iştirakı ilə üçtərəfli formatda görüş keçirib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, erməni həmkarı Ararat Mirzoyan və Almaniyanın xarici işlər naziri Annalena Barbok arasında üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması məsələləri müzakirə edilib.
Bizim.Media