Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılmasına başlanılıb

Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılmasına başlanılıb

Hazırda oxunan: Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılmasına başlanılıb

180335

Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin Türkiyənin paytaxtı Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb".
Bildirilib ki, abadlıq işlərinin 6 mart - M.Ə.Rəsulzadənin vəfat ildönümü tarixində yekunlaşması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO