Dənizdə batan şəxs sudan belə çıxarıldı - FHN-dən ANBAAN VİDEO

Dənizdə batan şəxs sudan belə çıxarıldı - FHN-dən ANBAAN VİDEO

Hazırda oxunan: Dənizdə batan şəxs sudan belə çıxarıldı - FHN-dən ANBAAN VİDEO

18028

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 13 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər şəxs xilas olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO