Voleybol millimizə yeni baş məşqçi TƏYİN OLUNDU 

Voleybol millimizə yeni baş məşqçi TƏYİN OLUNDU 

Hazırda oxunan: Voleybol millimizə yeni baş məşqçi TƏYİN OLUNDU 

180245

Voleybol üzrə yeniyetmə və gənc oğlanlardan ibarət Azərbaycan millilərinə yeni rəhbər təyin olunub. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti açıqlayıb. 

Qurumun İdarə heyətinin geniş iclası keçirilib. Tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, klub rəhbərləri, məşqçilər, həkimlər, hakimlər və federasiyanın digər əməkdaşları iştirak ediblər. 
Yeniyetmə və gənc oğlanlardan ibarət yığmalara Cahangir Seyed Abbasi rəhbər təyin olunub.

İranlı mütəxəssis gənclərin seçimi və yarışlara hazırlıqla bağlı proqramı təqdim edib. Həmçinin Fərid Cəlalovun kişilərdən ibarət millinin baş məşqçisi təyin olunması rəsmiləşib.

Mütəxəssis yığmamızın may-iyun aylarında keçiriləcək Qızıl Avropa Liqasına hazırlıq planını təqdim edib. 

Qeyd edək ki, iclasda Qarayev və Quliyev yeni təyinatlar, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər. İclas iştirakçıları digər məsələlərlə bağlı müzakirələr aparıblar.

Rəşad Rafioqğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO