Dövlət Dumasından Simonyana CAVAB: “Bir də uğursuzluqlarınıza görə Rusiyanı günahlandırmayın”

Dövlət Dumasından Simonyana CAVAB: “Bir də uğursuzluqlarınıza görə Rusiyanı günahlandırmayın”

Hazırda oxunan: Dövlət Dumasından Simonyana CAVAB: “Bir də uğursuzluqlarınıza görə Rusiyanı günahlandırmayın”

180184

Rusiya Dövlət Duması Ermənistan parlamentinin spikeri Alen Simonyanın bəyanatına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Alen Simonyan: "Rus sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalıdır" - VİDEO


Juravlev bildirib ki, həqiqətən də Rusiya kontingentinin Ermənistandan çıxarılmasının vaxtı çatıb:

“Amma bu addım İrəvanın istəyinə görə yox, hərbçilər naminə atılmalıdır ki, onlar artıq xarici ölkənin təhlükəsizliyi üçün öz həyatlarını riskə atmasınlar”.

O xatırladıb ki, Rusiya sülhməramlıları Ermənistanın “ərazi bütövlüyünün təminatıdır”:

“ Əgər oradan çıxarılsalar, “başqa heç kim respublikaya bir qəpik belə verməyəcək”.

“Əgər Ermənistan təkbaşına bu işin öhdəsindən gələ biləcəyinə əmindirsə, qoy çalışsın, bu, yalnız öz seçimidir. O zaman bütün siyasi və hərbi uğursuzluqlarına görə bir daha Rusiyanı günahlandırmasın, necə ki, hər fürsətdə buna öyrəşib”, - deyə Juravlev əlavə edib.

Qeyd edək ki, bu gün Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, Rus sərhədçiləri İrəvanın Zvartnots hava limanında xidmətini dayandırmalıdır:

“Ruslar oradan getməlidirlər. Çünki ölkəmizin sərhədlərini özümüz qoruyacağıq, amma onların qoruyacağına əmin deyiləm”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO