Niderland Kralı İlham Əliyevə məktub ünvanlayıb

Niderland Kralı İlham Əliyevə məktub ünvanlayıb

Hazırda oxunan: Niderland Kralı İlham Əliyevə məktub ünvanlayıb

180165

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ölkələrimiz arasında dialoqun və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.

Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək şəhər kimi seçilməsi ölkənizin hər bir vətəndaşı və bütün dünya üçün dayanıqlı və təhlükəsiz gələcəyə töhfə verməklə yanaşı, Azərbaycana beynəlxalq nüfuzunu nümayiş etdirmək imkanı yaradır.
Qarşıda duran vəzifələrin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO