Qazaxıstanda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi – FOTO 

Qazaxıstanda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi – FOTO 

Hazırda oxunan: Qazaxıstanda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi – FOTO 

180083

Qazaxıstanın paytaxtı Astana şəhərində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.  

Bizim.Media xəbər verir ki, mərasimin təşkilatçısı Nağı Kərimov olub. 

Qazaxıstanda yaşayan azərbaycanlı iş adamı 1937-ci ildə Ermənistandan sürgün olunmaqlarına baxmayaraq və ölkəmizin hüdularından kənarda yaşasa da, onun ürəyi Azərbaycanla döyünür. 

Mərasim çərcivəsində Qazaxıstan ictimayət nümayəndələrinə  Ermənistan silahlı qüvvələrinin qadın, qoca, uşaq demədən bir gecə içərisində günahsız insanlara, Xocalının dinc sakinlərinə qarşı amansız cinayətləri barədə ətraflı məlumat verilib, Xocalı həqiqətlərini əks etdirən film nümayiş olunub. 
Xocalı faciəsi bəşəriyyətin ən acı hadisələrindən biridir və bu cinayəti törədən şəxslər hələ də məsuliyyətə cəlb olunmayıb. Qazaxıstandakı Azərbaycan icmasının və yerli Qazax xalqının nümayəndələrinin qatıldığı anım mərasimində şəhidlərin ruhuna dualar oxunub. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO