FİFA-dan YENİ TURNİR – Yoldaşlıq görüşləri seriyasına START VERİLİR

FİFA-dan YENİ TURNİR – Yoldaşlıq görüşləri seriyasına START VERİLİR

Hazırda oxunan: FİFA-dan YENİ TURNİR – Yoldaşlıq görüşləri seriyasına START VERİLİR

180055

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) gələn ay dörd ölkədə sınaqdan keçiriləcək FIFA Seriyası adlı yeni beynəlxalq yoldaşlıq görüşləri turnirinə start verir.

Bizim.Media “reuters”ə istinadən xəbər verir ki, FİFA seriyasının görüşləri 18-26 mart tarixlərində Azərbaycan, Səudiyyə Ərəbistanı, Əlcəzair və Şri-Lankada baş tutacaq.
 

MÖVZU İLƏ BAĞLI:

FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək


FİFA-nın Avropa üzrə Regional Üzv Assosiasiyalarının direktoru Elxan Məmmədov FİFA seriyası ilə bağlı jurnalistlərə açıqlamasında turnirin önəmindən danışıb:

“Bəzi ölkələr heç vaxt öz konfederasiyalarından kənar komandalarla oynamayıblar. Onlar öz konfederasiyalarından kənar, tamamilə fərqli oyun üslubuna malik komandalarla oynamaqla rəqabət təcrübəsi qazana bilərlər.

Hazırda pilot turnirdə iştirak edəcək 20 komanda var. 2026-cı il üçün daha çox komandanın FİFA Seriyasında mübarizə aparacağına ümid edirik."

Elxan Məmmədov bildirib ki, hazırda FİFA seriyasının oyunlarının yayımlanması üçün televiziyalarla müqavilələrin imzalanması üzərində iş gedir:

“Eyni zamanda “FIFA+” platformasında turnirin matçlarını yayımlamağa çalışacağıq. Bundan əlavə, oyunlar beynəlxalq fasilə zamanı keçirildiyi üçün turnirin vaxtı ilə bağlı konfederasiyalarla hər hansı fikir ayrılığı olmayıb. 

2026-cı ildəki növbəti turnirdə isə daha böyük ölkələrin milliləri iştirak edə bilərlər. Biz yüksək səviyyəli komandalarla müzakirələrə başlamışıq. Onlar 2026-cı ilin martında keçiriləcək növbəti turnirdə oynayacaqlarına və matçlara ev sahibliyi edəcəklərinə ümid edirlər”.

Elxan Məmmədov Seriyaya sponsorluq etmək üçün öz sponsorları olan assosiasiyaların dəvət olunduğunu qeyd edib:

"Ancaq müxtəlif şirkətlər FIFA Seriyasına sponsorluq etmək istəsələr, FİFA buna mane olmayacaq".

Qeyd edək ki, FİFA seriyası çərçvivəsində hər ölkədə dörd komanda öz oyunlarını keçirəcək və onlardan hər biri iki oyun oynayacaqlar.

Heç bir kubok və ya pul mükafatının nəzərdə tutulmadığı turnir digər konfederasiyaların komandaları ilə oynamaq imkanı olmayan milli komandaların mübarizə aparması üçün nəzərdə tutulub. Milli komandaların səyahət xərcləri də FİFA tərəfindən qarşılanacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO