İqtisadiyyatımız köpük kimidir - Erməni ekspert

İqtisadiyyatımız köpük kimidir - Erməni ekspert

Hazırda oxunan: İqtisadiyyatımız köpük kimidir - Erməni ekspert

179901

“İqtisadiyyatımız ağır vəziyyətdədir. Fiskal nöqteyi-nəzərdən vergilər toplandıqda, lakin xərclənmədikdə, bu o deməkdir ki, iqtisadiyyatdan pul yığırıq, amma onu geri qaytarmırıq. İqtisadiyyatın müsbət və mənfi tərəflərini vergitutma prosesinin səmərəli təşkili ilə deyil, iqtisadiyyatın kapitalını artıra bilib-bilməməyimiz müəyyən edir”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan erməni mətbuatına müsahibəsində deyib.

“Hazırda Ermənistan iqtisadiyyatının keyfiyyəti köpük kimidir və iqtisadiyyatın strukturu pisləşir. Bunun qeydə alınmış 9,4 faizlik iqtisadi aktivlik indeksi ilə heç bir əlaqəsi yoxdur.
Yaxşı görünür, amma iqtisadiyyatın strukturuna nəzər salsaq görərik ki, ticarət 10 faiz, xidmətlər 2,4 faiz, sənaye 1 faiz, tikinti 0,7 faiz artıb. Bununla belə, kənd təsərrüfatı tənəzzülə uğrayır. Belə çıxır ki, iqtisadi artımın əsas hissəsi ticarət və xidmət sahələrinin payına düşür, lakin bu, yetərli deyil”, - Ananyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO