İstanbula yollanan təyyarədə sərnişinlər arasında dava düşdü - VİDEO

İstanbula yollanan təyyarədə sərnişinlər arasında dava düşdü - VİDEO

Hazırda oxunan: İstanbula yollanan təyyarədə sərnişinlər arasında dava düşdü - VİDEO

17980

Tunisin paytaxtından Türkiyənin İstanbul şəhərinə yollanan təyyarədə bilinməyən səbəbdən dava çıxıb. Nəticədə təyyarə beş saat gecikib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Hürriyet” nəşri yayıb.

Məlumata görə, dava əvvəlcə qadınlar arasında başlayıb. Lakin sonra kişilərdən biri qadının saçını yolub və münaqişə şiddətlənib.

Heyət üzvləri onları ayırmağa çalışsa da, buna nail ola bilməyiblər. Nəhayət, göyərtəyə polislər cəlb olunduqdan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

"Daily Mail” davanın səbəbi kimi sərnişinlərin başları üzərindəki baqaj yeri üstündə mübahisəni göstərib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

Səmra Xəlilbəyli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO