Türkan:

Türkan: "Kimləsə duet oxuyanda hiss edirəm ki, Pərviz qısqanır" - VİDEO

Hazırda oxunan: Türkan: "Kimləsə duet oxuyanda hiss edirəm ki, Pərviz qısqanır" - VİDEO

179716

"Küsülü deyəndə ki,... Bir müddət oldu ki, mən duet ortağım Pərviz Bülbülə ilə aylarla bir-birimizi görmədik. Bir tədbirə birgə dəvət olunduq. Həmin tədbirdə birgə çıxış etdik. Yenə heç nə olmamış kimi danışdıq. Hər ikimizin xasiyyəti bax belədir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu stilist və vizajist Anar Ağakişiyevin aparıcısı olduğu "Dəyişən cavab" verilişində deyib.

Sənətçi duet ortağı meyxanaçı Pərviz Bülbülə ilə aralarında yaşanan küsülülükdən söz açıb. Türkan Pərvizlə incikliyinin səbəblərini belə izah edib:

"Misal üşün aylarla bir-birimizi görməyə, danışmaya bilərik və ya Pərviz nədənsə məndən inciyə bilər, amma bir məclisə birgə dəvət alsaq, elə bil ki aramızda heç bir şey olmayıbmış kimi olur. Tamaşaçılar bizi duet şəklində çox sevirlər. Biz tamaşaçıları heç zaman intizarda qoymuruq. Bu gün əgər tamaşaçı bizi sevirsə, bu, Allah tərəfindən verilən bir nemətdir. Bunun isə mütləq şəkildə qədrini bilmək lazımdır".

Vəlizadə vurğulayıb ki, son zamanlar başqa sənətçilərlə duet oxuması Bülbülə tərəfindən qısqanclıq və incikliklə qarşılanıb:

"Bir neçə gün əvvəl Pərvizə zəng etdim. Dedim ki, gəl yeni duet yazdıraq, oxuyaq. Əlimdə olan va ya sənin yazdığın mahnılar da ola bilər. Pərviz cavab verdi ki, “inşallah, indi danışmağa uyğun deyiləm, sonra danışarıq”. Ondan sonra da başqa bir şey söyləmədim. Pərviz məndən əvvəl kimlə ki, duet oxumuşdu, o sənətçilərlə yenidən ifa edəndə çox pis olurdum. Deyirdim ki, niyə axı belə edirsən, tamaşaçı axı bizi çox istəyir, niyə başqa müğənni ilə duet oxuyursan. Sonra isə fikirləşdim ki, heç nə olmaz, qoy onlar da ruzi qazansınlar.

Bu gün mən kimləsə duet oxuyanda hiss edirəm ki, Pərviz qısqanclıq duyğusu keçirdir. Yəqin ki, bununla əlaqəlidir. Son zamanlar bir neçə duet oxudum və belə hadisələr yaşandı".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO