"Qarabağ" futbol klubunun oyunçusu Nəriman Axundzadə azyaşlı azarkeşi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, fevral ayının 22-də "Qarabağ" və "Braqa" arasında keçirilən oyunda Nəriman Axundzadənin qolu komandasını UEFA Avropa Liqasının 1/8 mərhələsinə yüksəldib.
Oyunu ekran qarşısında izləyən balaca azarkeş ağlayaraq valideynlərinə hücumçu ilə görüşmək istədiyini deyib.
Sosial şəbəkələrdə xeyli baxış sayı toplayan duyğusal görüntüləri görən futbolçu onunla görüşüb. Nəriman Axundzadə ilə yanaşı klubun digər oyunçusu Tural Bayramov da azyaşlı ilə görüşərək, onunla səmimi söhbət edib.
Günay Şahmar, Bizim.Media