Paşinyan Fransada erməni təşkilatının lideri ilə DALAŞDI

Paşinyan Fransada erməni təşkilatının lideri ilə DALAŞDI

Hazırda oxunan: Paşinyan Fransada erməni təşkilatının lideri ilə DALAŞDI

179607

Ermənistanın baş naziri Nikol Paşinyanla Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədrlərindən biri,  “Daşnaksütun” partiyasının büro üzvü Murad Papazyan arasında xoşagəlməz söhbət olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Sputnik Ermənistan” nəşrində yer alıb.

Mənbə yazır ki, fevralın 21-də Emmanuel Makron Paşinyanla Papazyan və CCAF-ın digər həmsədri Ara Toranyan arasında görüş təşkil edib. Söhbət Yelisey sarayındakı qala-ziyafətin sonunda baş tutub.
Makron hesab edib ki, baş nazirlə Fransanın erməni icması arasında mümkün fikir ayrılıqları aradan qalxmalıdır. Və söhbət zamanı Ermənistanın və Fransadakı erməni icmasının maraqlarının qorunmasında Papazyanla Toranyanın fəaliyyətini yüksək qiymətləndirib.

Həmin görüşdə Papazyan Paşinyana üz tutaraq, onun Ermənistana girişinə 19 ay davam edən və sonradan Ermənistanın ədliyyə sistemi tərəfindən aradan qaldırılan qadağanı pisləyib.

O, bununla bağlı İrəvanın siyasəti ilə razılaşmadığını xüsusi vurğulayıb. Bu isə Paşinyanın narazılığına səbəb olub və Fransa prezidentinin iştirakı ilə belə məsələlərin müzakirə edilməməsinin vacibliyini bildirib.

Söhbətin sonunda Makron Paşinyanla kənara çəkilib. Qısa söhbətdən sonra baş nazir Papazyana deyib ki, hakimiyyət onun ölkəyə girişinə qoyulan qadağanın götürülməsinə etiraz etməyəcək.

Xatırladaq ki, 2021-ci il iyunun 1-də Fransaya səfəri zamanı Paşinyanın kortejinə  Papazyan əngəl yaratmışdı. Buna görə də rəsmi İrəvan onu  “persona non qrata” elan etmişdi. Həmin vaxt Papazyan tərəfdarları ilə birgə baş nazirinin kortejinə müxtəlif əşyalar atmışdı. Vəziyyət yalnız Fransa polisinin səyindən sonra normallaşmışdı.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO