ABŞ-ın Texas ştatında San Antonio zooparkından olan begemot Timoti növbəti dəfə prezidentliyə namizəd olur.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın BILD qəzeti məlumat yayıb.
Bu günlərdə zooparkda namizədin irəli sürülməsi ilə bağlı təntənəli mərasim keçirilib. Onu qarşılamağa onlarla zoopark ziyarətçisi və jurnalist toplaşıb.
Qeyd edək ki, bu, Texas zooparkından begemot Timoti üçün ilk seçki deyil. 2020-ci ildə onun da prezidentliyə namizədliyi irəli sürülüb. Heyvan üçün sosial şəbəkələrdə hesablar açılıb və minlərlə insan izləməyə alıb.
Bizim.Media