Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rio-de-Janeyroda rusiyalı həmkarı Sergey Lavrovla görüşü baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.
Braziliyada keçirilən G20 ölkələrinin XİN başçılarının görüşü çərçivəsində baş tutan görüş zamanı tərəflər Azərbaycan- Ermənistan arasındakı gərginliyi müzakirə ediblər.
Nazirlər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd ediblər.
Bizim.Media