Miras üzərində haqq sahibi olan vərəsə niyə 6 ay GÖZLƏMƏLİDİR? – Hüquqi İZAH 

Miras üzərində haqq sahibi olan vərəsə niyə 6 ay GÖZLƏMƏLİDİR? – Hüquqi İZAH 

Hazırda oxunan: Miras üzərində haqq sahibi olan vərəsə niyə 6 ay GÖZLƏMƏLİDİR? – Hüquqi İZAH 

179413

Azərbaycanda mirasla, vərəsəliklə bağlı bir sıra mübahisəli məsələlər var. Azərbaycan qanunvericiliyinə görə, ata-babadan qalan mirasa sahib çıxmaq üçün bunu notariusda təsdiq etməlisən.

Azərbaycan Respublikasının Mülki Məcəllənin 10-cu bölməsi tamamilə vərəsəlik hüququndan bəhs edir. Bu məcəlləyə əsasən vərəsəlik ölmüş şəxsin, miras qoyanın əmlakının başqa şəxslərə, yəni vərəsələrə keçməsidir.

Miras qoyanın əmlakı vərəsələrə iki halda, həm qanun üzrə, həm də vəsiyyət üzrə keçə bilər. Qanun üzrə vərəsəlik, yəni ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə yazmır.  Yaxud da vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Mirasın vərəsələrə keçməsində narahatlıq doğuran məqamlardan biri zamanla bağlıdır. Yəni miras qoyan şəxs vəfat etdiyi gün mirasın açıldığı vaxt sayılır. Vərəsəlik şəhadətnaməsi isə vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir.

Yəni vərəsə miras üzərində haqq sahibi olmaq üçün 6 ay gözləməlidir. Bu da valideynlərindən ayrı başqa ölkədə yaşayan vərəsələr üçün əlavə zaman itkisidir. Qoyulan miras daşınan əmlakdırsa, zamanla həmin əmlakın köhnəlməsi, maddi baxımdan dəyərdən düşməsi də yarım il gözləməyin məntiqsiz olduğunu üzə çıxarır.

Əgər qanunla şəxsin vərəsə olduğu təsdiqlənirsə, vərəsənin yarım il gözləməsinə səbəb nədir?

Məsələyə aydınlıq gətirən hüquqşünas Şamil Paşayev Bizim.Media-ya bildirib ki, bu müddət digər vərəsələrin olması ehtimalına görə müəyyən olunub:

“Bu müddət qanunvericiliklə müəyyən edilir. Burada digər vərəsələrin ortaya çıxması nəzərə alınıb”.

Xatırladaq ki, əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO