Bu ailələrə 480 manat müavinət ödəniləcək – RƏSMİ 

Bu ailələrə 480 manat müavinət ödəniləcək – RƏSMİ 

Hazırda oxunan: Bu ailələrə 480 manat müavinət ödəniləcək – RƏSMİ 

17941

“Valideyn himayəsindən mərhum olunmuş uşaqları övladlığa götürən ailələrə  aylıq müavinətlər  verilir. Yeni qayda ilə 10 nəfər valideyn övladlığa uşaq götürmək üçün müraciət edib. Artıq 2 ailəyə 3 yaşından yuxarı iki uşaq övladlığa verilib. Bu uşaqlara hər ay 160 manat məbləğində müavinət ödəniləcək”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin departament müdiri Cavid Şahmalıyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Uşaqpulunun verilməməsində məqsədlər var” - SABİR RÜSTƏMXANLI


Qeyd edib ki, ölkə başçısının fərmanı ilə 2021-ci il 1 yanvar tarixindən etibarən valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən ailələrə müavinətlər verilir.

“Valideyn himayəsindən məhrum olmuş 3-18 yaş aralığında uşaqları övladlığa götürən ailələrə aylıq 160 manat məbləğində müavinət verilməsi nəzərdə tutulub. Eyni zamanda, digər dəyişikliyə əsasən sağlamlıq imkanları məhdud olan uşağı övladlığa götürən ailəyə dövlət 480 manat müavinət ayırıb. Göstərilən müavinət uşaq 18 yaşına çatanadək himayəçi ailəyə veriləcək”.

Departament müdiri digər dəyişikliklərdən də söz açıb:

“Valideyn himayəsindən mərhum olmuş uşaqların təhsil haqqları dövlət büdcəsi hesabına ödənilir. Uşaq övladlığa götürüləndən sonra da təhsil haqqının dövlət büdcəsindən ödənilməsi hüququnu özündə saxlayacaq. Hələlik sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlər yoxdur”. 

Hüquqşünas Roman Qaraşov isə yeniliyin hüquqi aspektlərinə aydınlıq gətirib: 

“Əvvəllər uşaqları övladlığa götürmək çətin bir proses idi. Çox sənəd lazım idi. İndi isə valideyn sadəcə olaraq ƏƏSMN-nin DOST mərkəzinə müraciət etməklə övladlığa uşaq götürə bilir.

Sənədlərin əksəriyyəti elektron qaydada əldə olunur. Valideynin gəliri, ailə vəziyyəti, yaşayış yerinə aid olan sənədlər hamısı elektron qaydada müəyyən olunur. Proseslər bitəndən sonra məhkəmənin çıxartdığı qərardan asılı olaraq, uşaq övladlığa götürülür. Müavinətlərin verilməsi birbaşa olaraq təyin olunur”.  

Qeyd edək ki, 2020-ci ilin mart ayından etibarən övladlığagötürmə prosesi elektron formada da həyata keçirilir.

Bu imkandan yararlanmaq istəyən hər bir şəxs valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsistemi vasitəsilə bu hüququnun olub-olmadığını öyrənə bilər. Bunun üçün şəxs əvvəlcə adoption.mlspp.gov.az saytına daxil olaraq, “övladlığagötürmə hüququmun yoxlanılması” bölməsinə keçid etməlidir.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO