Medvedev rusiyalı pilotun ölümünə münasibət bildirdi - VİDEO

Medvedev rusiyalı pilotun ölümünə münasibət bildirdi - VİDEO

Hazırda oxunan: Medvedev rusiyalı pilotun ölümünə münasibət bildirdi - VİDEO

179329

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İspaniyada ölü tapılan rusiyalı pilot Maksim Kuzminovla bağlı jurnalistlərə müsahibə verib.

Bizim.Media xəbər verir ki, siyasətçi həmin müsahibədən bir parçanı Telegram kanalında dərc edib.

"İtə it ölümü qismət olur!", deyə o, qeyd edib.

Təhlükəsizlik Şurasının sədr müavini Kuzminovla bağlı mövzunu müzakirə etməyib və pilotun dəqiq necə öldüyü barədə danışmaqdan imtina edib.

“Mən istədiyim hər şeyi dedim” deyə siyasətçi yekunlaşdırıb.

Bundan əvvəl İspaniya mətbuatı Kuzminovun ölü tapıldığını yazıb. 

ABC telekanalının məlumatına görə, onun cəsədi Alikantenin La Villajoyosa qəsəbəsindəki qarajın önündə bir neçə güllə yarası ilə tapılıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kuzminovun ölümünü təsdiqləyib.
Bundan əvvəl media pilotun videomüraciətini internetdə yerləşdirib.

Maksim etiraf edib ki, vətənə xəyanətə, daha doğrusu Rusiya hərbi helikopterinin qaçırılmasına görə ona 48,7 milyon rubl (500 min dollar) ödənilib.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO