Naxçıvanda daha bir qurum LƏĞV EDİLDİ

Naxçıvanda daha bir qurum LƏĞV EDİLDİ

Hazırda oxunan: Naxçıvanda daha bir qurum LƏĞV EDİLDİ

179284

“Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib.

Nazirlər Kabinetinə iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək tapşırılıb.
Həmçinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO