Xəbər verdiyimiz kimi, dünən 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Lalə Rafiq qızı Kərimova koronavirusdan vəfat edib.
Bizim.Media xəbər verir ki, Lalə Kərimova son səs yazısında “Uşaqların dərslərini diqqətlə izləyin”, - deyə ağır vəziyyətdə belə şagirdlərinin dərslərindən nigaran qaldığını bildirib.
O, son ana qədər sağalacağına ümid edərək “Yaxşı olacam, inşallah” kəlməsini də işlədib.
Təəssüf ki, Lalə Kərimova səs yazısını yolladıqdan bir gün sonra iki həftə müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Lalə Kərimovanın 2 övladı var.
Xatırladaq ki, liseyin riyaziyyat müəlliməsi İradə Tağıyeva isə aprelin 10-da koronavirusdan vəfat edib.
Bizim.Media