Putindən Özbəkistan liderinə: “Sənin adamların hər yerdədir!”

Putindən Özbəkistan liderinə: “Sənin adamların hər yerdədir!”

Hazırda oxunan: Putindən Özbəkistan liderinə: “Sənin adamların hər yerdədir!”

179268

Rusiya Prezidenti Vladimir Putin Kazanda özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşüb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Putin Mirziyoyevlə görüş əsnasında zarafat edib.

Belə ki, Özbəkistan lideri Rusiya hökumət nümayəndə heyətinin Özbəkistana səfərinin yekunları barədə danışarkən qeyd edib ki, onların arasında Rusiyanın nəqliyyat naziri Vitali Savelyev olub:

“Yeri gəlmişkən, mən onun Daşkənddən olduğunu indicə bildim”.

Putin isə ona cavabında “Sənin adamların hər yerdədir!”deyib.

Qeyd edək ki, Vitali Savelyev 1954-cü ildə Özbəkistan SSR-in paytaxtı Daşkənddə anadan olub. O, 2020-ci ildə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinə rəhbərlik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO