3 ağır əməliyyat keçirən Cavanşir Quliyev efirdə kövrəldi – VİDEO 

3 ağır əməliyyat keçirən Cavanşir Quliyev efirdə kövrəldi – VİDEO 

Hazırda oxunan: 3 ağır əməliyyat keçirən Cavanşir Quliyev efirdə kövrəldi – VİDEO 

179192

“Sağlamlıq hamı üçün çox önəmlidir. Bunu da hamı bilir. Bəzən insanlar bunu unudur və sağlamlığına fikir vermir. Mənim başıma eyni anda 3 tibbi böhranın gəldi. Azərbaycan dövləti, Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban Əliyeva olmasaydı, ən yaxşı halda bu gün mən şikəst olardım (ağlayır)”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev “İctimai” televiziyaya müsahibəsində deyib. 

3 ağır əməliyyat keçirən sənətçi onun müalicələrini nəzarətinə alan birinci vitse-prezindet Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib: 

“Mehriban xanımın mərhəməti, nəvazişi, şəfqəti nəticəsində mənə dövlət tərəfindən yardım olundu. Burada səhhətim və müalicəmlə bağlı heç bir problem yaşamadım. Hər şey yolunda getdi. 3 ağır əməliyyat keçirdim. Məni sevindirən o oldu ki, bu əməliyyatların nəticəsində səhhətimə qalıcı və ya keçici bir ziyan dəymədi. 

Bir daha Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Mənə zamanında tibbi yardım olundu. Vəziyyətimin pisləşməsi Azərbaycanda keçirilən Prezident seçkiləri gününə təsadüf etdi. O ərəfədə isə hamının başı seçkiyə qarışmışdı. O qarışıqlıqda məni unutmadılar. Buna görə də təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. 

Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olmuşdu. Bəstəkarın müalicəsinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO