Ukrayna Silahlı Qüvvələri rus hərbçilərinə hücum edib. Rusiya mediası 70-ə yaxın hərbçinin öldüyünü bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, fevralın 20-də Ukrayna ordusu Donetsk vilayətinin Volnovaxa rayonunun Trudovskoye kəndi yaxınlığında Rusiya hərbçilərinin toplaşdığı poliqona 2 HIMARS raketilə zərbə endirib.
Hərbi müxbirlər və media bu qədər insanı açıq yerə toplamaqda rus qoşunlarının komandanlığını günahlandırır.
Bizim.Media