“Liverpul”da ciddi itki

“Liverpul”da ciddi itki

Hazırda oxunan: “Liverpul”da ciddi itki

178964

“Liverpul”un portuqaliyalı futbolçusu Dioqo Jota zədlənib. 

Bizim.Media xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 25-ci turunun “Brentford”la matçında (4:1) sıradan çıxıb və meydanı xərəkdə tərk edib.

27 yaşlı hücumçu artıq tibbi müayinədən keçib. İngiltərə mətbuatı forvardın sol dizində zədə aşkarlandığını və onun 2 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb. Jota bu mövsüm “Liverpul”da 28 oyun keçirib, 14 qol vurub və 4 qolun ötürməsini verib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO