“Təəssüflər olsun ki, indiki gənclər üçün sevgi əl-ələ tutub bulvara gedib gəzməkdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.
Sənətçi gənclər arasında boşanmaları tənqid edib:
“Sevgi başqa duyğudur. Mənim, bəlkə də hamı razılaşar, bir çox gənclər bu gün nişanlanırlar, sabah nişanı qaytarırlar, bu gün evlənirlər sabah ayrılıb, boşanırlar. Sanki bütün bunlar oyuna bənzəyir. Əsl sevgi 5 günə, 5 aya, 5 ilə bitə bilməz. Əsl sevgi illərlə davam edir. Fikir versəniz, görərsiniz ki, adi məsələlərə görə münasibətlər pozulur. Baxıb görürsən ki, o iki gəncin arasında əsl sevgi olmayıb. Tamam başqa bir duyğudur. Onun adı heç bilmirəm nədir...”
Qeyd edək ki, K.Kərimovanın iki övladı var - Ləman və Rəşad. Ləman 6 il əvvəl Orxan adlı şəxslə ailə qurub. Sənətçinin qızı evləndikdən sonra Ağcəbədiyə köçüb. Könülün oğlu Rəşad isə subaydır.
Rəşad Əliyev, Bizim.Media