Basketbol millimiz yoxlama oyununda qalib gəldi

Basketbol millimiz yoxlama oyununda qalib gəldi

Hazırda oxunan: Basketbol millimiz yoxlama oyununda qalib gəldi

178724

Türkiyədə təlim-məşq toplanışında olan kişi basketbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, İstanbul şəhərində keçirilən görüşdə millimiz Birləşmiş Ərəb Əmirlikləri kollektivinə qalib gəlib.

Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv 72:57 hesabı ilə qalibiyyət əldə edib. Millimizin heyətində ən məhsuldar basketbolçu 14 xal və 4 ribaundla kapitan Amil Həmzəyev olub. 
Qeyd edək ki, təlim-məşq toplanışının fevralın 21-dək davam etməsi planlaşdırılır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO