Əməkdar artist Nüşabə Ələsgərli keçirdiyi plastik əməliyyatlarla 180 dərəcə dəyişən həmkarı Lalə Məmmədovadan söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Gül kimi şou"da danışıb.
Ələsgərli Məmmədovanı əməliyyatdan sonra tanımadığını və onun başqa insan olduğunu söyləyib:
"Plastik əməliyyatlara pis baxmıram. Lalə əməliyyatdan sonra yaxşıdır, amma o deyil..."
Qeyd edək ki, Lalə Məmmədova əvvəlcə burnunda "rinoplastika" daha sonra üzündə "üz gərmə" əməliyyatları keçirərək imicini yeniləyib.
Rəşad Əliyev, Bizim.Media