Fransa hökuməti PSJ azarkeşlərinə qadağa qoydu

Fransa hökuməti PSJ azarkeşlərinə qadağa qoydu

Hazırda oxunan: Fransa hökuməti PSJ azarkeşlərinə qadağa qoydu

178559

PSJ azarkeşlərinin Liqa 1-in 22-ci turunda "Nant"la səfər oyunda iştirakına qadağa qoyulub.

Bizim.Media "RMC Sport"a istinadən xəbər verir ki, bu barədə Fransa hökuməti qərar qəbul edib.

Bildirilir ki, qərar iki klubun azarkeş qrupları arasında münasibətlərin gərgin olması səbəbindən verilib.

Xatırladaq ki, sabah keçiriləcək "Nant" - PSJ oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Fransa çempionatında 21 oyundan sonra PSJ 50 xal toplayıb və liderdir. "Nant" isə 22 xal qazanaraq 12-ci yerdə qərarlaşır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO