İrəvanda AKSİYA: Rusiya səfirliyinin qarşısına izdiham toplaşıb - VİDEO

İrəvanda AKSİYA: Rusiya səfirliyinin qarşısına izdiham toplaşıb - VİDEO

Hazırda oxunan: İrəvanda AKSİYA: Rusiya səfirliyinin qarşısına izdiham toplaşıb - VİDEO

178555

İrəvanda Rusiya səfirliyinin binası qarşısında müxalifət lideri Aleksey Navalnının xatirəsinə aksiya keçirilib.

Bizim.Media xəbər verir ki, etirazçılar səfirlik binasının yerləşdiyi küçə boyu toplaşaraq, şam yandırıb, küçəyə çiçəklər düzüblər.

Aksiya iştirakçıları Navalnının ünvanına şüarlar səsləndirib, xatirəsini alqışlarla yad ediblər.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.

2023-cü ilin avqustunda Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs verilib. Müxalifətçi ona qarşı irəli sürülən bütün ittihamları siyasi adlandırıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO