Stoltenberqdən ABŞ-a İRAD: “Ukraynaya dəstək xeyriyyəçilik deyil...

Stoltenberqdən ABŞ-a İRAD: “Ukraynaya dəstək xeyriyyəçilik deyil..."

Hazırda oxunan: Stoltenberqdən ABŞ-a İRAD: “Ukraynaya dəstək xeyriyyəçilik deyil..."

178370

“ABŞ Konqresinin Kiyevə hərbi dəstəyi davam etdirmək barədə hələ də qərar qəbul etməməsi Ukraynaya mənfi təsir göstərir”.

Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bildirib.

Baş katib Ukraynanın cəbhədəki uğursuzluqlarının gecikən yardım paketi ilə əlaqəli olduğunu bildirib:

“Ümid edirəm ki, ABŞ gec ya da tez bu qərarı verəcək. Ukraynaya dəstək xeyriyyəçilik deyil, öz təhlükəsizliyimizə yatırdığımız sərmayədir”.

Qeyd edək ki, bu gün Stoltenberq NATO-nun Ukraynaya bu il ərzində 1 milyon pilotsuz uçan aparat (PUA) tədarük etmək niyyətində olduğunu açıqlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO