Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edilib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.
Qərara əsasən, Q.İbadoğlunun həbsdə saxlanılma müddəti mayın 20-nə kimi uzadılıb.
Qeyd edək ki, Qubad İbadoğlu 7 aydır həbsdədir. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:24 / 15.02.2024
Qubad İbadoğlunun həbs müddəti üç ay uzadılıb
Hazırda oxunan: Qubad İbadoğlunun həbs müddəti üç ay uzadılıb
Hazırda oxunan: Qubad İbadoğlunun həbs müddəti üç ay uzadılıb
178323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.