İlham Əliyevin tarixi çıxışından MÜHÜM MESAJLAR 

İlham Əliyevin tarixi çıxışından MÜHÜM MESAJLAR 

Hazırda oxunan: İlham Əliyevin tarixi çıxışından MÜHÜM MESAJLAR 

178254

Xəbər verdiyimiz kimi fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində çıxışı zamanı Azərbaycan lideri bir sıra mühüm açıqlamalarla yadda qalıb. Dövlət başçısı ölkəmizin gələcək inkişaf perspektivləri, qarşıdakı dövrdə əsas məqsəd və vəzifələri ilə bağlı vacib mesajlar verib.

Bizim.Media İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi bir sıra mühüm mesajları təqdim edir:

1. Bizim qabağımızda heç kim dura bilməz. Çünki bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır.

2. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq Azərbaycanla şantaj dili ilə danışmaq onlara baha başa gələcək.

3. Ordu quruculuğu prosesi sürətlə davam etdiriləcək. Dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir.

4. Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır.

5. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq.

6. Əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır.

7. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır.

8. Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun.

9. Milli-mənəvi dəyərlər cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir.

10. Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı daha böyük addımlar atacağıq.

11. Önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Bu, bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq.

12. Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. 

13. Bizim ixrac coğrafiyamız Avropa istiqamətində artacaq.

14. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Biz həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlərə açıq olmalıyıq.

15. Biz heç kimdən heç nə xahiş etmirik. Biz özümüzü tam təmin edən ölkəyik.

16. Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir.

17. Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.

18. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. 

19. İslam Əməkdaşlıq Təşkilatı da həmişə önəm verdiyimiz birlik olacaq. İslam dəyərlərinə və İslam həmrəyliyinə hörmətlə yanaşmalıyıq.

20. Azərbaycan bundan sonra dünyanı narahat edən problemlərin həllində daha fəal olacaq. Hədəf regional gücdən beynəlxalq aktora çevrilməkdir.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO