Gəncədə ata və 16 yaşlı oğlu itkin düşüb.
Bizim.Media-nın yerli bürosunun məlumaına görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Nəriman Süleyman oğlu Əliyev və oğlu, 2008-ci il təvəllüdlü Rəvan Nəriman oğlu Əlizadə fevralın 12-də yaşadıqları evdən çıxıraq naməlum istiqamətdə gediblər.
Bu günə qədər onlardan heç bir məlumat yoxdur.
Bu barədə hüquq mühafizə orqanlarına itkin düşən ata-balanın yaxınları məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu