Paşinyan kapitulyasiya aktına hansı şərt daxilində qol çəkib? – DETALLAR AÇIQLANDI

Paşinyan kapitulyasiya aktına hansı şərt daxilində qol çəkib? – DETALLAR AÇIQLANDI

Hazırda oxunan: Paşinyan kapitulyasiya aktına hansı şərt daxilində qol çəkib? – DETALLAR AÇIQLANDI

17817

Mövcud vəziyyəti təhlil etdikdən sonra qondarma rejimin “başçısı” və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşərək qərara gəldim ki, kifayət qədər ciddi güzəştlər yolu ilə atəşkəsə nail olmalıyıq və bununla əlaqədar olaraq Təhlükəsizlik Şurasının iclasını çağırdım.  

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı deyib və o dövrün dramatik hadisələrindən bəhs edərək kapitulyasiya bəyanatının imzalanmasına bəraət qazandırmağa çalışıb.

Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edərək deyib ki, rəsmi İrəvan əraziləri "5 + 2" formatı çərçivəsində geri qaytarmağa və Azərbaycana güzəştə getməyə hazırdır.

“Anladıq ki, Rusiya Prezidenti ilə bununla bağlı mövqeyimiz eynidir. Qaçqınların geri qaytarılması məsələsi də müzakirə edildi. Dedim ki, prinsip etibarilə bu məsələyə etirazımız yoxdur. Ancaq Dağlıq Qarabağın statusu məsələsini də ora əlavə etməliyik. Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə söhbət etdi, nəticədə Hadrut rayonunun bizə verilməsi təklifimizi rəsmi Bakı qəti şəkildə qəbul etmədi.

İkincisi, onlar bəyan etdilər ki, Şuşa da daxil olmaqla müvəqqəti köçkünlər probleminin həlli Dağlıq Qarabağın statusu ilə əlaqəli olmamalıdır”, - deyə Nazirlər Kabineti rəhbəri vurğulayıb. 

Paşinyan erməni qaçqınlarının Bakıya və Azərbaycanın digər şəhərlərinə geri qaytarılması məsələsini niyə qaldırmamağının səbəbini açıqlamayıb.

Nikol Paşinyana görə, Azərbaycan ərazilərin geri qaytarılmasını "5+ 2" formatı çərçivəsində deyil, tam və dərhal həyata keçirilməsini istəyib.

Üstəlik, rəsmi Bakı bundan sonra hər hansı görüşdə Dağlıq Qarabağın statusunu müzakirəyə çıxarmaqdan qəti şəkildə imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO